Azərbaycanlı sahibkarlar ABŞ-da “İnformasiya texnologiyaları startapları üzrə infrastruktur və inkişaf” mövzusunda keçirilən təlimlərə dəvət olunurlar
2015-ci ilin 24 yanvar - 8 fevral tarixlərində ABŞ-ın Vaşinqton ştatında “İnformasiya texnologiyaları startapları üzrə infrastruktur və inkişaf” mövzusunda təlim seminarları keçiriləcək.
Bu barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təlimdə iştiraka dəvət olunurlar.
Təlimlər “SABİT” (Special American Business Internship Training Program) çərçivəsində təşkil olunur. Sözügedən proqram Vaşinqtonda ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət İdarəsi tərəfindən 1990-cı ildə hazırlanıb.
Proqramın məqsədi MDB ölkələrində - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda iqtisadi restrukturizasiyanı təşviq etməkdir. “SABİT” təlimləri menecerlər, alim və mühəndislər, ABŞ şirkətləri, eləcə də qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL