waplog

Analitiklər planşet tədarükünün azalmasını proqnozlaşdırırlar


“Digitimes Research”in proqnozuna görə, 2014-cü ilin dördüncü rübündə istehsalçılar təxminən 74,5 milyon planşet tədarük edəcəklər ki, bu da əvvəlki rüblə müqayisədə 17,6% yüksəkdir, amma 2013-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə 10.1% azdır.


 “dailycomm.ru” saytına istinadən bildirir ki, qeyd olunan göstəricinin (74.5) 20 milyonu “Apple” planşetləri olacaq, 27,8 milyon planşet isə başqa brendlərin ticarət markalarına məxsus olacaq.

Bundan başqa, 26,7 milyon planşet brendsiz modellərə məxsus olacaq: Çinin “white-box” istehsalçıları buraxır.


Tədarüklərin proqnozlaşdırılan göstəricilərini nəzərə alsaq, “Apple”ın bazar payı 26,8% təşkil edəcək və liderliyini qoruyub saxlayacaq. “Samsung Electronics” ikinci yerdə qərarlaşacaq; bazar payı 14.6% səviyyəsində gözlənilir. Sonrakı pillələrdə “Lenovo”, “ASUSTeK Computer”, “Amazon”, “Acer” və “Hewlett-Packard” şirkətləri qərarlaşacaq. “Digitimes Research”in analitikləri bu beş şirkətin  planşet bazarına töhfəsini müvafiq olaraq 4,7%, 4%, 3,9%, 1,7% və 1,3% səviyyəsində qiymətləndiriblər.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL