waplog

Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadənin təbliği” adlı layihə reallaşdırılıb


“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi ali təhsil ocaqlarında oxuyan tələbələrin iştirakı ilə “Qarabağ - İKT məktəbi” gənclər arasında Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadənin təbliği” adlı layihə reallaşdırılıb.
 
Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi Qarabağ həqiqətlərinin yayılmasında tələbə - gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliğidir.
 
Eyni zamanda, informasiya kommunikasiya texnologiyaları resurslarında erməni təbliğat maşınının üstünlüklərinin zəiflədilməsi işinə tələbə-gəncləri cəlb etməkdir. Layihə çərçivəsində Bakı Avrasiya, Kooperasiya və Təfəkkür universitetlərində, Turizm və Müəllimlər institutlarında Qarabağ - İKT məktəbinin üzvləri tərəfindən Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadə ilə bağlı seminarlar keçirilib. Seminarlarda İKT resursları, sosial şəbəkələr – yeni metodlar, yanaşmalar, Qarabağa dair yerli və xarici internet resursları, Qarabağ həqiqətlərinin yayılmasında sosial şəbəkələrin rolu, Qarabağ mövzusunda vizual görüntülərin yayılması, Youtube.com sosial internet resursundan faydalı istifadə, “talk fusion” video paylaşma texnologiyası haqqında, Qarabağ mövzusunda jurnalist araşdırmaları mövzuları müzakirə olunub.
 
 Layihənin müxtəlif ölkələrdə yaşayan gənclərdə Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı obyektiv təsəvvürün formalaşmasına təsir edəcəyi nəzərdə tutulur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL