2018-ci ilədək enerjiyə daha çox qənaət edən superkompyuterlər yarana bilər
Hal-hazırda ən güclü müasir superkompyuter yapon kompleksi “K Computer” hesab olunur. O, 8,16 petaflops sürətə malikdir, belə ki, 1 saniyə ərzində üzən vergüllə 8,16 kvadrillion əməliyyat yerinə yetirməyə qadirdir.
Lakin artıq daha effektiv sistemlər layihələşdirilir. Onların məhsuldarlığı 20 petaflops və daha yuxarı olmalıdır.
Superkompyuterlərin layihələşdirilməsi zamanı yaranan əsas problemlərdən biri onların böyük enerji istehlakı ilə bağlıdır. Belə ki, 2,57 petaflops (Top-500 reytinqdə ikinci yer) sürətə malik olan Çin kompleksi “Tianhe-1A” 5 MVt-dan çox enerji sərf edir.
Ekzaflops (üzən vergüllə saniyədə kvintillion əməliyyat ) məhsuldarlıqla olan növbəti nəsil sistemlər 100-500 MVt enerji sərf edəcək, bu isə kiçik şəhərin enerji istehlakı ilə müqayisə edilə bilər.
Artıq problemin həlli ilə Amerika tədqiqatçılarının bir neçə qrupu məşğul olur. Onların vəzifəsi petaflops səviyyəsində sürətə malik olan elə bir hesablayıcı kompleks yaratmaqdır ki, o, ən çoxu 57 KVT enerji sərf etsin.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL