waplog

“Raspberry Pi” kompüterinin yeni modelinin qiyməti 20 dollardır


"Raspberry Pi" yaradıcıları bir lövhəli kompüterin ucuz modelini elan ediblər. "Model A+" klassik versiya ilə müqayisədə daha yığcamdır və az elektrik enerjisi sərf edir. Qiyməti 20 dollar təşkil edəcək.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, layihənin təsisçisi Eben Aptonun bildirib ki, "Model A+" BCM2835 prosessoru və 256 MB tutumunda əməli yaddaşla təchiz edilib, amma yeni model daha yığcamdır və az enerji sərf edir".

"Raspberry Pi" istehsalçıları ötən ay elan ediblər ki, onlar növbəti rekorda imza atıblar: 2012-ci ilin yazından etibarən 3,8 milyon qurğu satılıb. Bu halda Britaniya şirkəti ilk öncə 10 min səviyyəsində satış planlaşdırıb.

"Raspberry Pi" "Linux" əməliyyat sisteminin yaddaş kartından yüklənən distributivi əsasında işləyir. Mini kompüter lövhə şəklində tədarük olunur,  korpusu yoxdur. Maus və ya klaviatura kimi xarici qurğular USB portu vasitəsilə qoşulur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL