waplog

ABŞ korporasiyası Afrikada elektron kommersiyanı inkişaf etdirəcək


ABŞ-ın “Microsoft” korporasiyası "Skrill” ödəniş sistemi ilə birlikdə Afrikada elektron kommersiya üzrə miqyaslı layihənin hazırlanması ilə məşğuldur.
 
Afrikanın mobil rabitə operatorları ilə əməkdaşlıq sayəsində onlayn ticarət meydançası əhalinin fərdi kompüterə çıxış imkanına malik olmayan geniş təbəqəsini əhatə edəcək.  
 
Afrikalılar internetdə dünya brendlərinin mallarını alaraq sifarişləri öz smartfonları ilə ödəyə biləcəklər. Bundan başqa, əhali ABŞ istehsalçısının “4Africa” təşəbbüsü çərçivəsində maarifləndirici sənədlərindən və proqram təminatından pulsuz istifadə etmək imkanı əldə edəcək.
 
Ticarət meydançasının yaradılması XVII illik “AfricaCom” konfransında elan edilib. Bu miqyaslı internet mağazası qitədə birinci olacaq. Alıcılar portaldan cari ilin dekabrından etibarən istifadə edə biləcəklər.
 
"Skrill” ödəniş sisteminin nümayəndəsi qeyd edib ki, Afrika rəqəmli ödənişlərin inkişafı üçün perspektivli bazardır. Urbanizasiya ilə əhatə olunan qitədə yeni texnologiyalardan ilk dəfə istifadə edəcək gənc nəsil üstünlük təşkil edir.
 
İnternet mağazaları Afrika qitəsində əhalinin əksər hissəsində nağdsız ödənişlər üçün ən əlverişli üsul olan bank kartlarının olmamasına görə çətinliklərlə qarşılaşıblar. Lakin "Skrill” ilə əməkdaşlıq sayəsində alıcılar elektron kommersiyadan yararlana biləcəklər. İnternetdə alış-veriş etmək üçün afrikalıların bu sistemin mobil pul kisəsini öz smartfonlarında quraşdırması və onu xidmət terminalında doldurması tələb olunur, - "Payspace ” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL