“Elektron hökumət” portalına daxil olmaq üçün tələb olunan şifrə istifadəçilərə SMS vasitəsi ilə göndəriləcək
“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən daha bir yenilik yaxın vaxtlarda vətəndaşlara təqdim ediləcək.
Mərkəzdən verilən məlumata görə, “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olmaq üçün tələb olunan kod-parolun daha sadələşdirilmiş şəkildə əldə edilməsi mümkün olacaq. Əvvəlki qaydaya əsasən, vətəndaş qeydiyyat mərkəzlərinə yaxınlaşaraq kod-parol zərfləri əldə etməli idisə, yeni mobil versiya vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi üzrə operator tərəfindən identifikasiya edildikdən sonra, vətəndaşın istifadəçi adı qeyd ediləcək, portala daxil olmaq üçün tələb olunan şifrə isə sistem tərəfindən birbaşa vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndəriləcək. Bu yenilik prosesin daha da sadələşdirilməsi, vətəndaşların vaxtına qənaət edilməsi və operatorun iş səmərəsinin artırılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, portal üzrə aparılan işlərdə mövcud əməliyyatların sadələşdirilməsi, istifadəçi işinin səmərəsini artıracaq funksiyaların yaradılması, mövcud elektron xidmətlərin keyfiyyətinin artırılması və yeni xidmətlərin yaradılması əsas prioritet istiqamətlər hesab olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL