Azərbaycanın televiziya və internet məkanında uşaqların marağını cəlb edəcək yerli kontentin yaradılmasına ehtiyac var
Azərbaycanın televiziya və internet məkanında uşaqların marağını cəlb edəcək xeyirli kontent yox dərəcəsindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, dünyada uşaqların diqqətini cəlb edəcək, psixologiyasına şüuraltı təsir göstərəcək pozitiv televiziya və internet kontentinin yaradılmasına böyük əhəmiyyət verilir. Bu istiqamətdə psixologiya, marketologiya və s. sahələr üzrə mütəxəssislər işləyir.
“Bəzən böyüklərin fikrincə, mənasız olan bir multiplikasiya filmi uşaqların böyük rəğbətinə və diqqətinə səbəb olur. İstehsalçı ölkələr isə bunu iqtisadi nöqteyi-nəzərdən gəlir mənbəyinə çevirməyə nail olurlar. Personajların özlərindən tutmuş, geyim və əşyalarınadək istehsal edilir, bundan külli miqdarda gəlir əldə edilir və eyni zamanda bu, uşaqlara istənilən məlumatı şüuraltı səviyyədə ötürməyə imkan verir. Xüsusi metodologiyalardan istifadə edərək uşaq psixologiyasına uyğun gələn kontent hazırlanır. Azərbaycanda isə uşaqlar üçün nəzərdə tutulmuş və onların diqqətini çəkən internet resurslarının, multiplikasiya filmlərinin sayı məhduddur. Məhz buna görə də onlar daha çox türkdilli resurslara və kontentə üz tuturlar”, - deyə B. Məmmədov qeyd edib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Milli Teleradio yayım Şurası Azərbaycanda uşaqlar üçün televiziya kanalının yaradılması ətrafında müzakirələr aparır. Lakin bu məsələ hələ də öz həllini tapmayıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL