waplog

ABŞ şirkəti Yaponiyada “Windows” sistemli “EveryPad Pro” planşetini satışa çıxarıb


ABŞ-ın “Dell” şirkəti Yaponiya bazarına “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymlü “EveryPad Pro” planşet kompüterini təqdim edib. Model “Dell Venue 8 Pro” planşetinin modifikasiya edilmiş versiyasıdır.
 
ABŞ bazarı üçün nəzərdə tutulan "Venue 8 Pro”dan fərqli olaraq "EveryPad Pro” modeli daha sürətli prosessor (Atom Z3745D və ya 1,33 QHs takt tezlikli Z3740D əvəzinə 1,49 QHs takt tezlikli dördnüvəli Intel Atom Z3775D (Bay Trail)) ilə təchiz edilib.  
 
“EveryPad Pro” planşetinin digər xüsusiyyətlərinə 1280 x 800 piksel təsvir ölçülü 8 düymlü “IPS” displey, 64 giqabaytlıq daxili yaddaş, “Wi-Fi 802.11n” və “Bluetooth 4.0” simsiz rabitə modulları, “microSD” yaddaş kartı üçün çıxış, 4830 milliamper/saat tutumlu akkumulyator, iki kamera (5 meqapikselli əsas və 1,2 meqapikselli ön), "Windows 8.1 with Bing” əməliyyat sistemi daxildir. “Microsoft Office Home” və “Business” proqramlarının Yaponiya versiyaları bonus kimi təklif olunur, - "Ferra” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL