Azərbaycanlı tələbələr Gürcüstanda keçiriləcək proqramlaşdırma üzrə Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər
“39-cu ACM ICPC” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin 1/4 final mərhələsinin (X Azərbaycan Çempionluğu) qalibləri növbəti mərhələyə vəsiqə qazanıblar.
Belə ki, qaliblər 6-7 dekabr 2014-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 39-cu “ACM ICPC” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin növbəti yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər. Ölkəmizdə Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, NAPCAR, “IEEE Computer Society” - Azərbaycan bölməsi, “IEEE Telecommunication Society” - Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə keçirilən 1/4 final mərhələsində 14 universitet iştirak edib.
Belə ki, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universitetindən ümumilikdə 58 komanda (hər komandada 3 tələbə) və müsabiqədənkənar 3 məktəblilər komandası müsabiqəyə qatılıb.
Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verildi. Qiymətləndirmə “e-olimp.com.ua/az” saytında avtomatik test sistemi ilə aparılıb. Qafqaz Universitetinin “Qafqaz U 1” komandası I; “Qafqaz U 2” komandası II; “Qafqaz U 3” və “Qafqaz U 5” komandaları III, Moskva Dövlət Universitetinin Bakı filialının “BakuMSU1” və “BakuMSU8” komandaları III yerə layiq görülüblər. Qafqaz Universitetinin “Qafqaz U 6”, “Qafqaz U 4”, Azərbaycan Dövlət Neft Akademiyasının “Az SOA 5”, Bakı Dövlət Universitetinin “Baku SU1”, “BakuSU 3”, “Baku SU 2”, Moskva Dövlət Universitetinin Bakı filialının “BakuMSU2”, məktəblilərdən ibarət “SHOOL1” və “SHOOL2” komandaları III dərəcəli diplomla təltif olunublar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL