2015-ci ildə mobil rabitə abunəçilərinin sayı Yer kürəsi əhalisinin sayını ötəcək
2015-ci ildə mobil rabitə abunəçilərinin sayı ilk dəfə Yer kürəsi əhalisinin sayını üstələyəcək.
Bu barədə “IC Insights” analitik şirkətinin proqnozunda deyilir. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada insanların sayı 7,4 milyard, mobil rabitə abunəçilərinin sayı 7,5 milyarddan çox olacaq.
Mütəxəssislər həmçinin hesablayıblar ki, 1999-2018-ci illərdə mobil abunəçilərin sayı ildə orta hesabla 16 faiz yüksələcək. Güman edilir ki, proqnozlaşdırılan dövrün sonunadək – 2018-ci ilədək dünyada onların sayı 8,2 milyarda çatacaq.
“IC Insights” qeyd edir ki, dünyanın bir sıra regionlarında mobil rabitə abunəçilərinin sayı hazırda əhalinin 100 faizlik sayını xeyli üstələyir. Məsələn, Rusiyada bu nisbət 185, İtaliyada 151, Braziliyada 141, Almaniyada 140, Böyük Britaniyada 128 faiz təşkil edir.
Bunun səbəblərindən biri odur ki, mobil rabitə xərclərini azaltmağa çalışan insanlar tez-tez müxtəlif mobil rabitə operatorlarının xidmətlərindən istifadə edir və eyni anda bir neçə SİM kart alırlar. SİM kartların hər biri ayrıca abunəçi üçün hesablanır.
Beləliklə, ölkədə mobil rabitənin faktiki nüfuzetmə göstəricisi (əhalinin ümumi sayının mobil rabitə istifadəçilərinin sayına nisbəti) daha aşağı olur.
Bundan başqa, mobil abunəçi sayının əhali sayını üstələməsi onunla əlaqədardır ki, əksər insanlar iki mobil telefon işlədirlər ki, qurğuları iş və şəxsi istifadə üçün ayırsınlar. Bu amilləri nəzərə alan analitiklər onu da hesablayıblar ki, hazırda dünyada 4,4 milyarda yaxın unikal mobil telefon istifadəçisi var ki, bu da Yer kürəsinin 7,3 milyard nəfər qiymətləndirilən ümumi sakinlərinin təxminən 60 faizi deməkdir.
Mobil abunəçilərin sayı üzrə müsbət proqnoza baxmayaraq mütəxəssislər əksər regionlarda gözlənilən məhsul bolluğu ilə bağlı xəbərdarlıq edərək faktiki abunəçi sayının artım tempinin xeyli zəifləyəcəyini proqnozlaşdırırlar.
“IC Insights”-ın məlumatına görə, real abunəçi bazasının illik artım göstəriciləri abunəçi sayının il ərzində 362 milyon artdığı 2006-cı ildə maksimum səviyyəyə çatıb. O vaxtdan istifadəçi bazasını artıran yeni unikal abunəçilərin sayı cüzi artır. Ekspertlərin proqnozuna əsasən, 2018-ci ildə real abunəçi bazası 100 milyon unikal abunəçiyədək artacaq ki, bu da 2006-cı ildə qeydə alınan ən yüksək həddin üçdə bir hissəsinə bərabərdir, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL