“Elektron hökumət” portalına inteqrasiya olunan e-xidmətlərin sayı 1 il ərzində 30 faiz artıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalında yerləşdirilmiş elektron xidmətlərə dair 2013-2014-cü illəri əhatə edən statistik göstəriciləri diaqramlar şəklində təqdim edib.
Sözügedən statistik göstəricilərə əsasən, hazırda “Elektron hökumət” portalında istifadəyə verilən elektron xidmətlərin sayı 383-ə çatıb.
Bu xidmətlər 48 dövlət qurumu tərəfindən təqdim olunur.
Müqayisə üçün bildirək ki, ötən ilin noyabrına olan məlumata görə, portal üzərindən 45 qurum tərəfindən təqdim olunan xidmətlərin sayı 270 ədəd təşkil edib.
“Elektron hökumət” portalında yerləşdirilmiş e-xidmətlərdən istifadə statistikasına nəzər saldıqda, hazırda istifadə sayının 5 812 582 dəfə olduğunu görərik. Qeyd edək ki, bu rəqəm 2013-cü ilin noyabrında 774 607 olub.
Ümumilikdə indiyədək portala 1 479 681 istifadəçi müraciət edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL