waplog

Yeni Zelandiyada rəqəmli pullar nağd pulları əvəz edəcək


Yeni Zelandiya Mərkəzi Bankının sədr müavini Qrant Spenser bildirib ki, rəqəmli pullar ölkədə ənənəvi ödəniş formasını əvəz edə bilər.
 
O, kriptovalyuta barədə fikrini söyləyərək qeyd edib ki, Milli Xəzinədarlıq Bankı “Bitcoin” kriptovalyutasına mövcud maliyyə sistemi üçün potensial təhlükə kimi baxmır və onu puldan da çox resurs hesab edir. Q.Spenser şübhə etmir ki, kriptovalyuta gələcəkdə ənənəvi pulları əvəz edəcək.
 
Onun kriptovalyuta ilə bağlı fikirləri virtual pul bazarının iştirakçılarını ruhlandırır və Yeni Zelandiyanı kriptovalyutanı qanundankənar elan edən ölkələr fonunda fərqləndirir.
 
Bununla belə, Mərkəzi Bank artan kiberhücum halları, o cümlədən "Google” və “PayPal” şirkətlərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
 
Yeni Zelandiya qlobal iqtisadi azadlıq reytinqində İsveçrə, Avstraliya, Sinqapur və Honkonqdan sonra beşinci yeri tutur.
 
Mərkəzi Bankın siyasəti iqtisadi azadlıq prinsipləri ilə birlikdə ölkədə “Bitcoin” üzərində qurulan biznesin inkişafı üçün əlverişli şərait yaradır.
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Payspace” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL