waplog

İnnovativ şirkətlərin əksəriyyəti Asiyada yerləşir


“Thomson Reuters IP & Science” bölməsi dünyanın 100 ən innovativ  şirkəti üzrə dördüncü illik reytinqini təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “Thomson Reuters” bölməsinin "2014-cü il üzrə dünyanın 100 ən yaxşı innovativ şirkəti" reytinqinin metodologiyası dörd əsas meyara əsaslanır: ümumi patent həcmi, uğurlu patent sifarişlərinin payı, portfelin qlobal dəyəri və qeyd olunan indeksə əsasən patentlərin təsiri.
 
2014-cü ildə S&P 500 reytinqinə daxil olan dünyanın 100 ən innovativ  şirkəti öz gəlirlərinin artım sürəti iki dəfə artırıb. 2013-cü illə müqayisədə elmi-tədqiqat işlərinə xərclər 17% artıb.
 
Asiya ilk dəfə reytinqdə lider pillədə qərarlaşıb: 100 şirkətdən 46-sı məhz bu regionun payına düşür. Şirkətlərin 39-u Yaponiya, 4-ü Cənubi Koreya, 2-si Tayvanda yerləşir; ilk dəfə siyahıya Çinin “Huawei” şirkəti salınıb. Şimali Amerikanı reytinqdə 36 şirkət (2013-cü ildə 46 olub) təmsil edir. Avropada bu göstərici 18 şirkətdir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL