waplog

Britaniyalı alim “Wi-Fi” siqnallarını "eşitməyi" öyrənib


“The Independent” nəşri yazır ki, eşitmə qabiliyyətini itirmiş britaniyalı alim hazırda “Wi-Fi” siqnalını "eşidə" bilir.

32 yaşlı Frenk Sveyn adlı alim 20 yaşında eşitmə qabiliyyətini itirməyə başlayıb. 2012-ci ildə onun qulağına eşitmə aparatı quraşdırıblar.

"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, iki il sonra Sveyn səs üzrə mütəxəssis Deniel Counsla birgə “Wi-Fi” siqnallarını "eşitməyə" imkan verən yeni “Phantom Tearrains” qurğusunu yaradıblar.

Hazırlanmış metod “Wi-Fi” siqnallarını insan tərəfindən eşidilən səs "keçirməyə" imkan verir.
Bütün informasiya Frenkin “iPhone” smartfonu tərəfindən təhlil edilir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL