Elektron Təhlükəsizlik Mərkəzi kredit kart sahiblərini diqqətli olmağa çağırır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) kredit kartların sahiblərinə kartlardan istifadə zamanı dələduzluq halları ilə qarşılaşmamaq üçün bir sıra təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.
Mərkəzin tövsiyə xarakterli məlumatında qeyd olunur ki, ilk növbədə istifadəçi kompüterində brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olmalıdır.İctimai kompüterlərdən istifadə etdikdən sonra isəbrauzerləri bağlamaq və yaxud daxil olunmuş veb səhifələrdən çıxış etmək lazımdır. Bu, başqa bir istifadəçinin “geriyə düyməsi”ni basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır.
Onlayn alış-veriş edərkən, etibarlı və nüfuzu olan mağazaların saytlarına müraciət etmək, alış-veriş edilən saytda məxfilik siyasətini oxumaq (əgər yoxdursa bu artıq mənfi haldır) və təhlükəsizlik vəziyyətinin hansı yerdə olduğunu müəyyənləşdirmək də bank hesab məlumatlarının qorumaq vasitələrindən hesab olunur.
İstifadəçilər eyni zamanda şəxsi hesab məlumatlarını (kartının parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməməli və ya göndərməməlidir, eləcə də tanımadığı şəxslərə və ya şirkətlərə öz hesab kartının məlumatlarını göndərmək olmaz. Məlumdur ki, məşhur e-poçt fırıldaqçılıq formalarından biri “ fişinqdir”. Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə bədniyyətli şəxsi məlumatlarınızı oğurlamış olur.
Onlayn alış-veriş zamanı, saytda olan bəzi təhlükəsizlik simvollarına nəzər yetirmək lazımdır. Brauzerin vəziyyət panelində kilid (padlock), URL-də “http”-dən sonra “s” və ya “SecureSocketsLayer” (SSL)-in olması vacibdir.
Həmçinin xəbərdarlıq mesajı xidmətindən istifadə tövsiyə olunur. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək.
“Onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərkən altı simvoldan çox olan mürəkkəb şifrlərdən istifadə edin və çalışın ki, hərflər və rəqəmlər fərqli yerlərdə olsun”, - deyə mərkəzin məlumatında qeyd olunur.
Kredit kartının parolunu və nömrəsini elektron poçt hesabında və yaxud kompüterdəki fayllarda saxlamaq tövsiyə olunmur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL