waplog

Azərbaycana qarşı kiberhücumların sayında kəskin artım müşahidə olunur


Məlum olduğu kimi, 12 noyabr 2014-cü il tarixində Azərbaycan hava mövqelərini pozan Ermənistana məxsus helikopter zərərsizləşdirilib. Cəbhə xəttində yaranmış bu gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verib.

Belə ki, Azərbaycan veb resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır.
İş həftəsinin ilk günündə, Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssislərinin apardığı monitorinq nəticəsində məlum olub ki, səhər saatlarından ölkəyə kiberhücumların sayı kəskin şəkildə artmaqdadır.

Mərkəzin "Kaspersky laboratoriyası”ndan əldə etdiyi məlumata əsasən, səhər saat 10:00-dan 11:30-a qədər kiberhücumlara məruz qalan 200-dən çox ölkə içərisində Azərbaycan hazırda 58-ci yerdən 43-cü sıradadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud şərait nəzərə alınaraq, yerli informasiya resursların sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsini tövsiyə edir.
Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə ETM-in qaynar xətti: 1654, e-poçt: reports@cert.az və ya “www.cert.az ünvanından faydalana bilərsiniz.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL