ABŞ-da 300 petaflops gücündə superkompüterin inşasına başlanacaq
ABŞ Energetika Nazirliyi iki yeni superkompüterin tikilməsinə 325 milyon dollar ayırmağı planlaşdırır.
Kompüterlərdən biri perspektivdə (əlavə maliyyələşmə şərti ilə) 300 petaflops gücünə çata bilər. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan hər iki sistemin baza gücü 150 petaflops təşkil edəcək.
Məlumat üçün bildirək ki, Çinin dünyanın ən güclü “Tianhe 2” superkompüteri 34 petaflops məhsuldarlığa malikdir.
İki superkompüterin “Summit” adlı birincisi Okrinc Milli Laboratoriyasında, “Sierra” adlandırılan digəri Lourens adına Livermor Laboratoriyasında inşa olunacaq. Qurğular “IBM Power” prosessoru və “Nvidia” şirkətinin “Volta” qrafik prosessorları ilə işləyəcək. Məhz “Volta” yeni sistemlərin hesablama gücünün 90 faizini təmin edəcək. Bu halda enerjidən səmərəli istifadə xeyli artacaq. “Summit” enerjidən hazırda dünyanın gücünə görə ikinci superkompüteri “Titan”ın sərf etdiyi qədər istifadə etməklə beş dəfə daha yüksək məhsuldarlığa malik olacaq.
“Nvidia” şirkətinin elmi bölməsinin rəhbəri Bill Dell hesab edir ki, eksaflops səviyyəsinədək (min petaflops) məhsuldarlığı anlamaq üçün prosessorların səmərəliyini bir o qədər artırmaq lazımdır. “Volta” arxitekturası isə buna imkan verir.
Qeyd edək ki, Çinin “Tianhe-2” superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, “Tianhe-2” dərc edilən beynəlxalq Top-500 reytinqində birinci yeri tutur. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.
Superkompüter Çin Azadlıq Ordusunun Çanşa şəhərində (Mərkəzi Çin, Xunan əyaləti) yerləşən Müdafiə Elm və Texnikası Universitetində hazırlanıb. Məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Bu kompüter ilk dəfə 1993-cü ildə dərc edilən Top-500 reytinqində ardıcıl üçüncü ildir birinci yeri tutur.
İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasının “Titan” superkompüteri, üçüncü yerdə 17,17 petaflops gücə malik ABŞ-ın “Sequoia” superkompüteri qərarlaşıb.
“Top-500” tərtibatçılarının sözlərinə görə, siyahının ilk onluğu 2013-cü ilin noyabrında təqdim olunan əvvəlki reytinq ilə müqayisədə dəyişməz qalıb. Dünyanın on ən güclü superkompüterindən altısı ABŞ-da, hərəyə biri isə Çin, Yaponiya, İsveçrə və Almaniyada yerləşir. Top-500 reytinqində ümumilikdə ABŞ-ın 233, Çinin 73, Böyük Britaniya və Yaponiyanın 30, Fransanın 27, Almaniyanın 23 superkompüteri yer alıb, - "Computerworld ” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL