waplog

Dünyada ilk “2G/3G over LTE” şəbəkəsi istifadəyə verilib


Cənubi Koreyanın “SK Telecom” telekommunikasiya operatoru “LTE” şəbəkəsində “2G” və “3G” xidmətlərinin daxil olduğu dünyanın ilk “2G/3G over LTE” texnologiyasının kommersiya istifadəsinə verməsini bəyan edib.

Operator ümid edir ki, texnologiya şirkətin servislərinin stabilliyini yüksəldəcək, şəbəkə potensialını və iş imkanlarını artıracaq.  
 
Nəzərdə tutulur ki, təkmilləşdirilmiş stabilliyə texnologiyanın “LTE”-dən stasionar “2G/3G” infrastruktur əvəzinə tranzit “Backhaul” (informasiyanın sonradan internet kanalları üzrə yayılması üçün bir yerdə cəmləşməsi) kimi istifadə etməsi sayəsində nail olunacaq. Məsələn, stasionar şəbəkə yol çəkilişi və ya təbii fəlakətlər zamanı zədələnsə belə, “2G” və “3G” abunəçilərinə xidmət “LTE” şəbəkəsi vasitəsilə bərpa olunacaq.
 
“SK Telecom” onu da bəyan edib ki, bu texnologiyanın köməyi ilə “LTE” şəbəkəsi mobil operatorlar tərəfindən adətən fövqəladə hallar üçün inşa edilən əlavə optik-lif məlumat ötürmə xətlərini əvəz edə bilər. Texnologiya həmçinin stasionar infrastruktur problemləri ilə üzləşənlərə yardımçı olacaq.
 
“2G/3G over LTE” texnologiyası ilə “SK Telecom”un "2G” və “3G” abunəçiləri daha stabil və fasiləsiz xidmətlə təmin olunacaqlar”, - Cənubi Koreya operatorunun mühəndis şəbəkələrinin rəisi Çoy Von bildirib.
 
Bildirilir ki, yeni texnologiya “2G/3G” səsli şəbəkəsinin yalnız məlumatların ötürülməsi üçün nəzərdə tutulan “LTE” şəbəkəsinə qoşulması problemi aradan qaldırıldıqdan sonra uğurla inkişaf etdirilib. Operator 2016-cı ilədək texnologiyanın 600 baza stansiyası əsasında inkişaf etdirməyi planlaşdırır.  
 
“SK Telecom” həmçinin bildirir ki, 2013-cü ilin iyununda “LTE Advanced” şəbəkəsini kommersiya istifadəsinə verən ilk operator olub, - "Telekomza ” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL