“Intel” qadınlar üçün "ağıllı" bilərzik nümayiş etdirib
“Intel” şirkəti qadın auditoriyası üçün nəzərdə tutulmuş ünsiyyət və naviqasiya üçün funksiyalara malik “MICA” bilərziyini nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "ağıllı" “MICA” (My Intelligent Communication Accessory) aksessuarının dizaynı “Opening Ceremony” şirkəti tərəfindən hazırlanıb.
Bilərziyin tərtibatında ilan dərisi, 18 karatlıq qızıl, mirvari və obsidiandan istifadə olunub, “MICA”-nın sensor ekranı sapfir şüşədən hazırlanıb. Qurğunun texnoloji "içliyi" “Intel” şirkəti tərəfindən hazırlanıb.
"MICA – bu, müasir qadınlara mətn mesajlarına, “Gmail” və “Facebook” bildirişlərinə, həmçinin “Google” təqviminə giriş imkanı verən gözəl və “ağıllı” qolbaqdır" – şirkətdən bildirilib. İstifadəçilər yeni mesaj və məktublar haqda bildirişlər ala, onlara qısa cavab verə, həmçinin daxil olan bildirişlərin filtrasiyası üçün VIP kontakt siyahıları yarada bilərlər.
ABŞ-da qurğunun dəyəri “AT&T” operatoru ilə ikiillik müqavilə əsasında 495 dollar təşkil edəcək. Dekabrın əvvəlində qolbağın satışlarına başlanılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL