waplog

Bakı məktəblərində direktor müavini vəzifəsinə qəbul olunmaq üçün elektron ərizə qəbuluna başlanılıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ )  ümumtəhsil məktəblərində yeniliyə başlayır. Belə ki, məktəblərdə təlim–-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün BŞTİ tərəfindən müsabiqə keçirilməsi nəzərdə tutulur.
 
 İdarədən bildirilib ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 24 noyabr tarixinə qədər 2014-cü il tarixlərində “bakuedu.az” saytında qeydiyyatdan keçə bilərlər.
 
Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ikinci mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə üçüncü mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.
 
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq.
 
Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunması nəzərdə tutulub.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL