Cənubi Koreya şirkəti 2015-ci ildə yeni smartfon modellərinin buraxılışını azaldacaq
Cənubi Koreyanın "Samsung” elektronika istehsalçısı 2015-ci ildə yeni smartfon modellərinin buraxılışını azaldacaq. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib. Məlumata görə, şirkət bununla mənfəəti aşağı salmamaq üçün xərcləri azaltmaq niyyətindədir.
“Samsung”un investorlarla əlaqə üzrə departamentinin rəhbəri Robert Yinin sözlərinə görə, şirkət model sırasını 25-30 faiz azaltmaq istədiyini bildirsə də, hansı modellərinin istehsalının dayandırılacağı barədə dəqiq məlumat verməyib.
Oktyabrın sonunda “Samsung” bəyan edib ki, 2014-cü ilin üçüncü rübündə gəliri 48,8 faiz – 4,22 trilyon Koreya vonunadək (4 milyard dollar) azalıb. Hesabat dövründə satış həcmi 20,65 faiz – 47,45 trilyon vonadək (45,2 milyard dollar) aşağı düşüb. İyul-sentyabrda əməliyyat gəliri 4,06 trilyon von (3,8 milyard dollar) təşkil edib. Göstərici ilin ilə nisbətində 60,04 faiz azalıb.
“Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısı olmaqla beynəlxalq şirkətdir. Mənzil-qərargahı paytaxt Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır. Şirkətin kapitallaşma dəyəri 178,11 trilyon von təşkil edir, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL