“Sailfish OS” ilə işləyən ilk planşet təqdim edilib
"Nokia"nın "MeeGo" əməliyyat sistemi üzərində işləmiş əsas əməkdaşları tərəfindən təsis edilmiş "Jolla Ltd." şirkəti "Sailfish OS" əməliyyat sistemi ilə işləyən ilk planşet kompüterini nümayiş etdirib.
İstehsalçılar kraudfandinqin köməyi ilə bu qurğunun istehsalına pul toplamağa ümid edirlər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Jolla Tablet" adlanan yeni qurğu xarakteristikalarına görə dünən təqdim edilmiş "Nokia N1" planşetinə oxşardır. Hər iki cihaz 2048 x 1536 piksel təsvir ölçülü 7,9 düymlük ekran, dördnüvəli "Intel" prosessoru, 2 QB əməli və məlumatların saxlanılması üçün 32 QB daxili yaddaşla təchiz edilib.
İstehsalçılar bildiriblər ki, "Jolla Tablet" qurğusu dünyada çoxməsələli iş nöqteyi-nəzərindən ən yaxşı cihazdır.
Aparatın ölçüləri 203x137x8,3 mm, çəkisi 384 qr təşkil edir. 4300 milliamper/saat tutumlu akkumulyator batareyası ilə enerji toplayır.
Birinci investorlar üçün qurğunun qiyməti 190 dollar təşkil edəcək. 2015-ci ilin ikinci rübündə tədarükü gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL