waplog

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib


“Azərkosmos” ASC-də cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız kömək etmək olub. Könüllülük əsasında keçirilən aksiyada “Azərkosmos” ASC-nin əməkdaşları ilə bərabər “Azərpoçt” MMC-nin əməkdaşları də iştirak edib.
 
Dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL