waplog

Aerokosmik, nanotexnologiya, biotexnologiya, informasiya texnologiyaları kimi sahələrdə fəaliyyətə dəstək məqsədilə 28-ci Beynəlxalq Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək


YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının məlumatına görə, YUNESKO üzrə İran Milli Komissiyasının dəstəyi ilə görkəmli riyaziyyatçı və astronom Məhəmməd ibn Musa əl-Xarəzminin xatirəsinə həsr olunmuş 28-ci Beynəlxalq Xarəzmi Mükafatı (KİA-Khwarizmi International Award) müsabiqəsi keçiriləcək.

 
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsindən qeyd edilib ki, müsabiqənin məqsədi tədqiqatçı və ixtiraçıların fəaliyyətini qiymətləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək vermək, eyni zamanda aerokosmik, kənd təsərrüfatı, biotexnologiya, kimyəvi və mülki mühəndislik, informasiya texnologiyaları, mexanika, tibb elmləri, nanotexnologiya və bərpa olunan enerji sahələrində fəaliyyətinə dəstək göstərməkdir.
 
 
Müsabiqədə iştirak etmək istəyənlər müsabiqənin şərtləri ilə tanış olub müraciət ərizələrini (iştirak üçün ərizələri onlayn formada da doldurmaq olar) 2014-cü il noyabrın 30-dək "khwarizmi@irost.ir" elektron ünvana göndərə bilərlər.
 
 
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinə müraciət etmək olar.
 
 
 
H. İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL