“Intel” “Avropol” ilə kibercinayətkarlıqla mübarizə üçün əməkdaşlıq edəcək
2010-cu ildən “Intel” korporasiyasına məxsus olan “McAfee” şirkəti Avropanın hüquq-mühafizə orqanları ilə kibercinayətkarlıqla mübarizə çərçivəsində əməkdaşlığı gücləndirəcək saziş imzalayıb.
Bu barədə “Business Wire” nəşri məlumat verib. “Intel” nümayəndələri bildiriblər ki, “McAfee” və “Avropol” yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) arasında imzalanan memorandum sayəsində tərəflər texniki informasiya və kiberməkanda baş verən cinayətlərlə bağlı məlumat mübadiləsi edə biləcəklər.
“EC3” ötən il onlayn fırıldaqçılıq, pedofiliya və İT sistemlərinə hücumlarla mübarizə üçün Avropa İttifaqının (Aİ) əsas infrastrukturunu istifadəyə verib. “EC3” rəhbəri Troels Ertinqin sözlərinə görə, “Intel” əvvəllər də təşkilatla əməkdaşlıq edib.
Kompüter təhlükəsizliyinin təmini üzrə şirkətlər hüquq-mühafizə orqanları ilə qeyri-formal məlumat mübadiləsi çərçivəsində uğurla əməkdaşlıq edirlər. Sahə üzrə ekspertlər tez-tez kibercinayətkar şirkətlər və onlayn cinayətkarların fəaliyyəti ilə bağlı müxtəlif məlumatları qanun keşikçilərinə ötürürlər.
Cinayətkarların saxlanılması yalnız polis tərəfindən həyata keçirilir, lakin cinayətkarın kibercinayəti xaricdə törədə bilməsi ilə əlaqədar olaraq həbs proseduru xeyli çətinləşir. Bəzən cinayətkarın hüquq-mühafizə orqanlarına təhvil verilməsinə bürokratik əngəllər mane olur. Əməkdaşlığın sadələşdirilməsi və cinayətkarların həbs olunması üçün maneələrin aradan qaldırılması məqsədilə 30-dan çox dövlət tərəfindən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyası ratifikasiya edilib. Bu, hüquq-mühafizə orqanlarının kiberməkanda baş verən cinayətlər sahəsində fəaliyyətini tənzimləyən yeganə beynəlxalq sənəddir.
Məlumat üçün bildirək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir , - "SecurityLab” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL