Finlandiya “Bitcoin”u maliyyə aləti kimi tanıyıb
Finlandiya Mərkəzi Vergilər Şurası “Bitcoin” kriptovalyutasını maliyyə xidməti kimi tanıyıb. Müvafiq qərarda qeyd olunur ki, “Bitcoin” ilə aparılan əməliyyatlar bank xidmətləri kimi təsnif edilir və onlardan əlavə dəyər vergisi tutulmur.
Qərar məhkəmənin kriptovalyutanı ödəniş aləti kimi təsnif edərək Finlandiyanın ona münasibətini müəyyənləşdirdikdən sonra qəbul edilib. Ölkənin rəqəmli valyutaya münasibəti “Bitcoin”u əmtəə hesab edən Avropanın digər ölkələrinin qanunvericiliyindən fərqlənir.
Lakin Skandinaviya ölkəsi belə yanaşma nümayiş etdirən yeganə ölkə deyil. Belə ki, Belçika Federal Dövlət Maliyyə Xidməti sentyabrda analoji qərar çıxarıb.
Ekspertlərin sözlərinə görə, Finlandiya “Bitcoin”u ödəniş aləti kimi tanımaqla kriptovalyutanın formal valyuta forması hesab edilməsinə yaxınlaşıb. Lakin eyni zamanda Avropa Mərkəzi Bankı qərarı Avropa İttifaqının maliyyə tənzimləmə prinsipləri ilə ziddiyyət təşkil etməsi səbəbindən alqışlamır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspace” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL