waplog

“Full HD” kameralı dron satışa çıxarılıb


Fransanın “Parrot” şirkəti “Bebop” – smartfon və ya planşetdən idarə olunan yüksək keyfiyyətli kamera ilə təchiz edilmiş dronun satışlarına başlayıb. Dekabrdan etibarən bu dronu satın almaq mümkün olacaq. Mayda elan edilmiş qurğu ABŞ-da “Best Buy”, “Apple” pərakəndə nöqtələrində və onlayn-mağazalarda 499 dollara satılacaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kvadrokopter, həmçinin Avstraliyada satışa çıxarılacaq.

Əvvəlki modellərdən (AR.Drone və AR.Drone 2.0) fərqli olaraq, yeni pilotsuz təyyarə 180 dərəcə baxış bucağı təmin edən və 1080p formatında çəkilişə imkan verən "balıq gözü" tipli obyektivli 14 meqapiksellik kamera ilə təchiz edilib. “AR.Drone 2.0” dronu 720p formatında çəkilişə imkan verib.
Daxili GPS modul pilotsuz təyyarənin bu və ya digər yerə uçuşunu proqramlaşdırmağa imkan verir. Çəkilmiş material 8 QB tutumlu fləş daşıyıcıda saxlanılır.

“Parrot” kvadrokopterinin kiçik tutumlu akkumulyatoru (1200 milliamper/saat) əsas çatışmazlığıdır. “Bebop” kvadrokopteri havada 12 dəqiqə qala bilir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL