waplog

İT mütəxəssislərin üçdə biri smartfonlarında kompromat fotoşəkillər saxlayır


Londonda “IP EXPO 2014” sərgisində iştirakçı və qonaqlar tərəfindən keçirilmiş sorğuya əsasən, İT peşəkarların 39%-i etiraf edib ki, öz smartfonlarında xeyli kompromat fotoşəkil saxlayırlar.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, respondentlərin 46%-i  həmçinin deyib ki, korporativ informasiyaya malik mobil qurğunun itirilməsi və məlumatların sonradan ələ keçirilməsi onların şirkətini riskə məruz qoyacaq.

“ESET” şirkətinin press-relizinə əsasən, İT mütəxəssislərin 22%-i  mobil qurğularda məlumatların uzaq məsafədən silinməsi vasitələrindən istifadə etmir.

“Foto, video və ya istənilən başqa kompromat materialın cinayətkarların əlinə keçməsini istəmirsinizsə, dərhal telefondan silin" – İT təhlükəsizlik sahəsində ekspertlər tövsiyə ediblər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL