Ümumdünya Poçt İttifaqının məktəblilər arasında keçirdiyi epistolyar inşa müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
Ənənəvi olaraq bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.
Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcək.
Bununla əlaqədar olaraq 3 (üç) mövzu üzrə inşa müsabiqəsinə start verilib: “Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilib. Müsabiqənin mövzularına “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin? (15 yaşa qədər olan məktəblilər)”, “Biz o torpaqlara qayıdacağıq! (İlham Əliyev)”, “Xalq qəhrəmanları ilə tanınır” daxildir”.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.
Qaliblər üçün təyin edilmiş pul mükafatları:
1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə 2015-ci il, martın 1-dək “Azərpoçt” MMC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36) göndərməlidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL