waplog

22 il əvvəl dünyada ilk "ağıllı" telefon təqdim edilib


1992-ci il noyabrın 23-də Las-Veqasda keçirilən "COMDEX" sərgisində dünyanın ilk "ağıllı" telefonu –  "IBM Simon Personal Communicator" (SPC) nümayiş etdirilib. Beləliklə, mobil telefon və cib fərdi kompüterinin (PDA) hibridini təşkil edən qurğu tanıdılıb.
 
Sözügedən qurğu "Bell South" telekommunikasiya şirkətinin iştirakı ilə "IBM" korporasiyası tərəfindən layihələşdirilib. Mühəndislər yeni cihazda mobil telefon, peycer və faks funksiyalarını birləşdirmək istəyiblər. Telefon sensor ekran və "QWERTY" düzülüşlü klaviaturaya malik olub. "IBM" və "Bell South" "ağıllı" telefona təqvim, kalkulyator, ünvan kitabçası, oyun, həmçinin elektron poçt kimi imkanlar əlavə ediblər. 1994-cü ildə ABŞ-da "IBM Simon" smartfonunun satışlarına start verilib, qiyməti 899 dollar təşkil edib.
 
"SPC"-də kamera olmayıb, 4.5 düymlü ekranın təsvir ölçüsü 160×293 nöqtə təşkil edib, informasiyanın daxil edilməsi üçün stilusdan istifadə mümkün olub. Daxili yaddaşın həcmi 1 MB olub, yaddaş kartı vasitəsilə 1,8 MB-dək artırmaq mümkün idi.
 
Aparat 16 MHs takt tezliyində işləyən "Vadem" prosessoru ilə təchiz edilib. Tədarük dəstinə iki ədəd nikel kadmium batareyası daxil olub və qurğunun sahibi 1 saat danışa bilib. "Ağıllı" telefonun çəkisi 500 qramdan bir qədər çox olub.
 
"Simon Personal Communicator"ın satışları 1995-ci ilin fevralında dayandırılıb.
 
2005-ci ildə ilk "ağıllı" telefon "Son 50 ilin 50 ən böyük cihazı" mükafatına layiq görülüb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL