“Dell” və “Intel” şirkətləri Azərbaycan İT bazarına yeni məhsullarını təqdim edəcəklər
Bakıda noyabrın 25-də "Dell" və "Intel" şirkətləri onların əməkdaşlığı əsasında yaradılmış yeni nəsil "Dell Power Edge" serverlərinin təqdimatını keçirəcəklər.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Dell Power Edge" serverləri "Intel" platforması üzərində işləyir.
Tədbir çərçivəsində həmçinin "Dell" şirkətinin yeni xidmətinin təqdimatının keçirilməsi nəzərdə tutulub. Yeni xidmət və məhsullar haqda "Dell" şirkətinin servis satışı üzrə meneceri Janusz Hajdul və sistem məsləhətçisi İrina Bernazskaya ətraflı məlumat təqdim etmək üçün məruzələrlə çıxış edəcəklər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL