Avropanın ilk kosmik təyyarəsinin orbitə buraxılma tarixi açıqlanıb
Fransanın “Arianespace” kosmik şirkətinin nümayəndələri bəyan ediblər ki, Avropanın ilk kosmik təyyarəsi 11 fevral 2015-ci ildə buraxılacaq. Bəyanat missiyanın uçuş planının dəqiqləşdirilməsi üzrə üçaylıq işlərdən sonra verilib.
Avtomobil ölçülü pilotsuz hava gəmisi aşağı orbitə "Vega” raketdaşıyıcısı vasitəsilə göndəriləcək. İlk uçuş 100 dəqiqə davam etməklə gələcək kosmik gəminin missiyasını yaxşılaşdırmağa kömək edəcək. Kosmik nəqliyyat vasitəsi “IXV” (Intermediate eXperimental Vehicle – məsafəli sınaq uçuş aparatı) adlanır.
Aparat Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan buraxılacaq və raketdaşıyıcısından 320 km hündürlükdə ayrılacaq. Uçuş zamanı gəminin vəziyyətini izləmək üçün 300-ə yaxın ötürücü və infraqırmızı kameradan istifadə olunacaq ki, bu da mütəxəssislər qrupuna “IXV” korpusu üzrə istilik yüklənməsinin paylanması haqqında dəqiq və ətraflı məlumat əldə etməyə imkan verəcək.
Avropa Kosmik Agentliyinin məlumatına görə, aparat 450 km hündürlüyə çatacaq ki, bu da ona atmosferə təkrar daxil olan zaman saniyədə 7,5 km sürət yığmağa imkan verəcək. Kosmik təyyarə sıx atmosfer qatına 120 km hündürlükdə daxil olacaq (atmosferə aşağı Yerətrafı orbitdən, məsələn, kosmik stansiya orbitindən daxil olmaq üçün tipik profil). Sonra “IXV” paraşütlə Sakit okeana enəcək. Uçuş zamanı uçuşun hipersəsli və yüksək səsli mərhələləri barədə məlumatların toplanacağı gözlənilir.
Həminin nəzərdə tutulur ki, sınaq buraxılışı zamanı aparatın sıx atmosfer qatına daxil olarkən yüksək qızmaya qarşı dözümlüyü təmin edəcək istilik mühafizə sisteminin iş qabiliyyəti yoxlanılacaq. Əksər kosmik texnologiyalar ilk dəfə tətbiq ediləcək.
İlk sınaq buraxılışı noyabrın 18-nə planlaşdırılsa da, oktyabrda "Arianespace” şirkəti bunu uçuş trayektoriyalarının əlavə təhlilini aparmaq üçün təxirə salıb.
Xatırladaq ki, “Arianespace”, Avropa Kosmik Agentliyi və Fransanın "CNES” kosmik agentliyinin birgə layihəsi 5 il müddətinə hazırlanıb və onun yaradılmasına 150 milyon avro xərclənib, - “Vesti” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL