waplog

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni hesabatında Azərbaycan yenidən İKT-nin inkişafı üzrə ən dinamik inkişaf edən 10 ölkədən biri oldu


Azərbaycan 2013-cü il üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində bir pillə irəliləyərək 2012-ci ildəki 65-ci yerdən 64-cü yerə yüksəlib.    
 
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib. İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır.
 
Azərbaycan əvvəllər olduğu kimi, yenidən 10 sürətli inkişaf edən ölkələr arasında yer alıb.
2013-cü ilin yekunları üzrə reytinqdə birinci yeri Danimarka, ikincini Koreya Respublikası tutub.
Reytinqin ilk 30 ölkəsi sırasına Avropa ölkələri və digər regionların gəlirləri yüksək olan ölkələr, o cümlədən Avstraliya, Bəhreyn, Kanada, Yaponiya, Makao (Çin), Yeni Zelandiya, Sinqapur və ABŞ daxildir.
 
Avropa “IDI” üzrə 7,14  ilə (maksimum göstərici) göstəricilər üzrə digər regionu – Müstəqil Dövlətlər Birliyi (MDB) regionunu (5,33) xeyli üstələyir. Sonrakı yerlərdə Şimali və Cənubi Amerika (4,86), Asiya-Sakit okean regionu (4,57), ərəb ölkələri (4,55) və Afrika (2,31) qərarlaşıb.
 
Orta “IDI” göstəriciləri son 12 ayda daha çox MDB və ərəb dövlətlərində artıb. Ümumilikdə bu il tədqiq edilən ölkələrin hamısı öz reytinqini yüksəldib.
 
MDB regionunda ən yüksək nəticəyə Belarus (6,89), Rusiya (6,70) malikdir. MDB ölkələrində indeks inkişaf etmiş ölkələr üçün orta göstəricidən aşağı səviyyədədir – 7,20. Reytinqdə daha çox irəliləyişə - 2012-ci ildəki 43-cü yerdən 2013-cü ildə 38-ci yerə Belarus və Gürcüstan – 83-cü yerdən 72-ci pilləyə nail olub. Digər MDB iştirakçılarında reytinq bir pillə geriləyib (reytinqi dəyişməyən Qazaxıstan və iki pillə itirən Ukrayna istisna olunmaqla).
 
Ötən ilin sonuna internet və kompüterə çıxışı olan ev təsərrüfatlarının sayında daha çox artım Rusiyada (müvafiq olaraq 67 və 70 faiz) qeydə alınıb. Azərbaycan, Belarus və Qazaxıstanda bu göstərici 50 faizi ötdüyü halda Özbəkistan və Qırğızıstanda 10 faizdən aşağıdır.
 
Stasionar genişzolaqlı internetin nüfuzetmə səviyyəsinə görə regionda lider Belarusdur (30 faiz), Nisbətən yüksək nüfuzetmə səviyyəsi Azərbaycan və Rusiyada (17 faiz) qeydə alınıb.
 
Qeyd edək ki, BTİ tərəfindən 2009-cu ildən dərc edilən İKT inkişafı indeksi hökumətlər, BMT sistemi təsisatları və sahə tərəfindən İKT-nin milli səviyyədə ümumi inkişafının qiymətləndirilməsi üçün istifadə edilir. “IDI” özündə 11 göstəricini birləşdirir: mobil rabitə üzrə kontraktlar, kompüterə malik ev təsərrüfatlarının sayı, internet istifadəçilərinin sayı, stasionar və mobil internet üçün kontraktların sayı və baza bilikləri göstəriciləri.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL