waplog

2018-ci ildə dünyada 70 milyondan çox fitnes-qurğu istifadə ediləcək


“Juniper Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada istifadə edilən daşınan fitnes- qurğuların sayı 19 milyona çatacaq. Ekspertlərin proqnozuna görə, 2018-ci ilə onların sayı 3 dəfədən çox artaraq 70 milyonu ötəcək.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə əsasən, daşınan elektronika bazarında fiziki formaya və sağlamlığa nəzarətə imkan verən qurğular liderliyə davam edəcək. Belə cihazlar ucuz qiyməti və istifadə rahatlığı ilə istehlakçıların diqqətini cəlb edir. Lakin ekspertlər hesab edir ki, sonrakı illərdə daha geniş auditoriyaya hesablanmış “ağıllı” saatlar daha populyar olacaq.
 
“Juniper”in tədqiqatında daşınan fitnes-qurğuların iki kateqoriyası fərqləndirilir: 13 dollarlıq “Xiaomi MiBand” qolbağına oxşar standart fitnes-qurğular və “Fitbit Surge”, “Microsoft Band” və “Samsung Gear Fit” kimi daha mürəkkəb cihazlar. İkinci tip qurğular həm fitnes funksiyalarına malikdir, həm də daxil olmuş mesajlar və ya zənglər haqda bildiriş almağa, həmçinin smartfonda səsləndirilən musiqilərin idarəsinə imkan verir.
 
“Gartner”in proqnozuna görə, 2014-cü ildə fitnes funksiyalarına malik daşınan elektronikanın tədarük həcmi 70,2 milyon səviyyəsində olacaq və növbəti il 68,1 milyonadək azalacaq. Lakin azalma müvəqqəti olacaq və artıq 2016-cı ildə sözügedən bazarın həcmi yenidən artacaq və fitnes-qurğuların tədarükü 91,3 milyona çatacaq.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL