waplog

“Ericsson” və “IBM” birgə “5G” antenalar hazırlamağa başlayıb


“Ericsson” və “IBM” şirkətləri “5G” şəbəkələri üçün antenaların hazırlanması məqsədilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Antenalardan istifadə hazırda mövcud olan məlumat ötürmə sürətini xeyli üstələyən sürəti təmin etməyə imkan verəcək. Bu barədə “Ericsson” şirkətinin mətbuat xidməti məlumat verib.
 
Əməkdaşlıq çərçivəsində şirkətlər daha çox abunəçiyə xidmət göstərməyə və bir tezlikdə işləyən müxtəlif xidmətləri qurmağa imkan verən sistem prototiplərinin yaradılması məqsədilə fazalara bölünmüş antena şəbəkələri texnologiyalarını tədqiq edəcəklər. Bundan başqa, bu sistemlər məlumatları hazırkı simli və simsiz rabitə şəbəkələrinin sürətindən daha sürətlə ötürməyə imkan verəcək.
 
Fazalara bölünmüş antena şəbəkələrinin konfiqurasiyası antenaları daha dəqiq yönəltməyə və onları elektronika vasitəsilə idarə etməyə şərait yaradır. Həmçinin fazalara bölünmüş antena şəbəkələri mövcud mexaniki antenalarla müqayisədə çəkidə və sazlama uyğunluğunda xeyli üstünlüklərə malikdir. Qeyd olunan bütün üstünlüklərlə birlikdə fazalara bölünmüş antena şəbəkələrində istifadə edilən texnologiyalar yüzlərlə antenanı və simsiz rabitə komponentini bank kartından kiçik səth üzərində yerləşdirməyə imkan verir. Bu, fazalara bölünmüş antena şəbəkələrindən binalar daxilində və əhalinin sıx yaşadığı yerlərdə mobil məlumatların ötürülməsi üçün istifadə olunan kiçik şanlı simsiz şəbəkələrdən istifadəni mümkün edəcək.
 
Tarixən, hər 10 ildə yeni mobil rabitə standartı yaradılır: 1980-ci illərdə “1G”, 1990-cı illərdə “2G”, 2000-ci illərdə “3G”, son illər “4G” şəbəkələri istifadəyə verilib. “Ericsson” “5G” şəbəkəsinin 2020-ci ildən tətbiqinə başlanacağına əmin olduğuna görə artıq indidən beşinci nəsil şəbəkələrinin qurulması üçün tələb olunacaq yeni texnologiyaların işlənməsini vacib sayır.   
 
Gələcək innovativ həllərin fəaliyyəti üçün lazımi infrastrukturu yaratmaq üçün İsveç istehsalçısı rabitə sahəsinin “5G” standartını necə tətbiq edəcəyi ilə bağlı məsələləri öyrənir. Bu, “4G” şəbəkəsində mövcud olmayan funksionallığı ərsəyə gətirməyə imkan verəcək. “5G” qarşısında duran vəzifələr arasında bir abunəçi üçün məlumatların daha sürətli ötürülməsi və çoxlu abunəçiyə və yeni qurğulara xidmətin göstərilməsi yer alıb. Təkmilləşdirilmiş antenalardan istifadə bu məqsədlərə nail olmağa imkan verəcək.
 
“Ericsson” nümayəndələri hesab edirlər ki, yaxın onilliklərdə “5G”-yə tələbat olacaq və bu standarta mövcud və yeni texnologiyaların təkamül inkişafı kimi baxırlar, - "IT Expert www.itexpert.org.ua” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL