waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı: “İnternet və texnologiyalar dünyanı yaxşılaşdırır”


Bu həftə dərc edilən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində Danimarka 166 ölkə arasında İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və əhalinin bu sahədəki bilikləri üzrə birinci yeri tutaraq ilk dəfə Cənubi Koreyanı ikinci yerə sıxışdırıb.
 
"İKT dünyanı daha da yaxşılaşdırmaq üçün potensiala malikdir. Bu, xüsusilə yoxsul və hüquq bərabərliyi olmayan, o cümlədən qadınlar, gənclər və sağlamlıq imkanları məhdud insanlara aiddir. Biz ölçmələr aparmadan irəliləyişi izləyə bilmərik. Məhz buna görə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İKT sahəsində 200 ölkənin 100-dən çox göstəricisi üzrə statistikanı toplayır", - BTİ baş katibi Hamadun Ture deyib.  
 
Bildirilir ki, danimarkalılar uğurlarını bayram etsələr də, Yer kürəsi əhalisinin əksəriyyəti belə texnologiyalardan istifadədən məhrumdur. Hazırda internetdən istifadə etməyən 4,3 milyard nəfərin 90 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Rabitə ilə nisbətən daha yaxşı təchiz edilən ölkələrin qırx ikisində 2,5 milyard nəfər məskunlaşıb. BTİ qeyd edir ki, İKT kənd əhalisi üstünlük təşkil edən ölkələrin çoxu üçün əlçatan deyil və onları internetə və qabaqcıl texnologiyalara qoşmaq üçün hələ görüləsi çox iş var.
 
Lakin BTİ nisbətən yoxsul ölkələrdə internetə çıxışda müəyyən irəliləyişlər olduğunu vurğulayır. Belə ki, inkişaf etməkdə olan ölkələrin ümumdünya trafikində payı hazırda 2004-cü ildəki 9 faizdən 30 faizədək artıb. Qeyd olunur ki, əksər rabitə ilə nisbətən daha yaxşı təchiz edilən ölkələrdə kifayət qədər beynəlxalq trafikin olmaması İKT-nin bu dövlətlərdə tətbiqi üçün əsas maneələrdən biri olaraq qalır və internetə çıxış keyfiyyətini məhdudlaşdırır.
 
"İKT məhz yoxsul və kənd yerlərində daha çox təsir qüvvəsinə malik ola bilər. Aparılmış yeni təhlildən məlum olub ki, Minilliyin İnkişaf Məqsədlərinin əksər göstəriciləri indekslə əhəmiyyətli korrelyasiya nümayiş etdirir. Bu göstəricilər, xüsusilə yoxsulluq səviyyəsinin azaldılması və sağlamlığın yaxşılaşdırılmasında özünü daha çox büruzə verir", - BTİ Rabitə İnkişaf Bürosunun direktoru Brahima Sanu deyib.

Hesabatda şəhər və kənd yerləri arasında İKT-nin tətbiqində fərqin artması barədə xəbərdarlıq edilir. Bu göstərici üzrə fərq yalnız şəhər ev təsərrüfatlarında internetin nüfuzetmə səviyyəsinin kənd yerlərindən 4 faiz çox olduğu Yaponiya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə cüzidir. Lakin fərq daha çox (35 faiz) Kolumbiya, Mərakeş kimi inkişaf etməkdə olan ölkələrdə nəzərə çarpır, yoxsul ölkələrdə isə dəfələrlə artır.
 
Ümumilikdə kənd yerlərində internetə çıxış səviyyəsi şəhərlərə nisbətən zəif artır. BTİ hesab edir ki, kənd ev təsərrüfatlarının genişzolaqlı internetə qoşulması bütün ölkə siyasətçiləri üçün əsas prioritet olaraq qalmalıdır, - "Telekomza " yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL