TQDK “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi bağlı treninqlər keçirib
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi fəaliyyətə başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, komissiya “Elektron qeydiyyat sistemindən istifadə qaydaları”nın öyrənilməsi, növbəti tədris ili üçün görüləcək hazırlıq işlərinin qrafiki və qarşıya qoyulan vəzifələr mövzusunda rayon əlaqələndiriciləri üçün treninqlər keçirib. Treninqlərdə izahat işi Bakı, Sumqayıt və Abşeron rayonları üzrə Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov, digər rayonlar üzrə isə TQDK-nın regional bölmələrinin müdirləri tərəfindən aparılıb.
Sözügedən sistem Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb.
Sistemdə nəzərdə tutulduğu kimi zal nəzarətçilərinin qeydiyyatı müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsi ilə aparılır. Belə ki, ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud zal nəzarətçiləri bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, əmək müqavilələrini bağlayır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL