Bundan sonra bələdiyyə orqanları ödənişləri poçt vasitəsilə həyata keçirə bilərlər
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə təqdim edilən məsələlər bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələrinə dəyişiklik edilməsi ilə bağlıdır.
Komitə sədri Arif Rəhimzadə bildirdi ki, müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunlara texniki xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulur.
Düzəlişlərə əsasən bundan sonra bələdiyyə orqanları ödənişləri nağd şəkildə yox, poçt və ya bank vasitəsilə həyata keçirə bilərlər. Bu günəcən onlara ancaq dotasiyalar ayrılırdısa, bundan sonra subvensiyalar da ayrılacaq.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətindən danışıb, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verib. O, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların sayının artdığını vurğulayaraq qeyd edib ki, qanun layihələrində edilən dəyişikliklərin böyük əhəmiyyəti var.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL