waplog

Avropada “5G” bazarı uğrunda gərgin mübarizə gedir


Avropanın telekommunikasiya bazarının on nəhəngi Çinin “Huawei” şirkətinin Avropada texniki üstünlüyü ələ keçirməsinə imkan verməmək üçün yaxın beş ildə telekommunikasiya sahəsinin inkişafına ümumilikdə 150 milyard avro sərmayə qoymağı planlaşdırır.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Fransanın “Le Figaro” nəşri yazır ki, təxminən iki ay əvvəl Çinin “Huawei” şirkəti Fransanın telekommunikasiya sənayesinə 1,5 milyard avro məbləğində investisiya qoymaqla bağlı planlarını açıqlayıb. Görünən odur ki, “Huawei” şirkətinin Avropa bazarına aktiv ekspansiya planları yerli “oyunçu”ları təşvişə salıb. Yeni yaradılmış ittifaqda İsveçin “Ericsson” və “TeliaSonera”, Fransanın “Alcatel-Lucent” və “Orange”, Britaniyanın “Vodafone” və “Liberty Global”, İtaliyanın “Telefonica” və “Telecom Italia”, Norveçin “Telenor” və Almaniyanın “Deutsche Telecom” şirkətləri yer alıb.

"Biz növbəti beş ildə Avropada növbəti nəsil telekommunikasiya şəbəkəsi yaratmaq və 2020-ci ilədək Avropa Birliyinin bütün sakinlərinin mobil qurğularda sürətli genişzolaqlı rabitəyə çıxışını təmin etmək üçün tədqiqat və əsaslı xərclərə 150 milyarddan çox sərmayə qoymağı planlaşdırırıq" – adı çəkilən şirkətlərin məqsədlərinin sadalandığı “makethenetwork.eu” saytında yazılıb.

“4G” rabitə texnologiyasının tətbiqi ilə əlaqədar təcrübəyə əsasən, Avropa dünya telekommunikasiya yarışında artıq autsayder rolunda çıxış etmək istəmir. “Idate”nin məlumatına görə, Avropada hazırda abunəçilərin yalnız 20%-i “4G” texnologiyasından istifadə edir, halbuki ABŞ və Koreyada sözügedən texnologiyanın nüfuzetmə səviyyəsi müvafiq olaraq 31% və 52% təşkil edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL