99.99 dollarlıq planşet satışa çıxarılıb
“HP” şirkəti “Windows” ilə işləyən 99,99 dollarlıq planşetini buraxıb.
İkinci fərdi kompüter istehsalçısı “Hewlett-Packard” “Microsoft”a verdiyi vədinə (istehlakçılara 100 dollaradək qiymətdə “Windows” ilə işləyən planşet təklifi) yerinə yetirib. Yeni qurğunun dəyəri 99,99 dollar təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “HP Stream 7” planşeti 1280x800 piksel təsvir ölçülü 7 düymlük ekrana malikdir. Planşet 1.8 QHs takt tezlikli dördnüvəli “Intel Atom Z3735G” prosessoru və daxili “Intel HD Graphics” qrafik kontrolleri ilə təchiz edilib.
Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 32 QB tutumunda daşıyıcı ilə təchiz edilib. Planşet “microSD” yaddaş kartlarını dəstəkləyir.
Qurğu qulaqlıqların qoşulması üçün konnektora və “Micro-USB” portuna malikdir. “Wi-Fi 802.11b/g/n”-ni dəstəkləyir. Arxa və ön kameralar var.
Planşetin çəkisi 363 qramdır.
“HP Stream 7” planşeti 3000 milliamper/saat həcmində akkumulyatorla təchiz edilib. Qurğunun avtonom iş vaxtı 8 saat təşkil edir.
“HP Stream 7” planşetini hələ ki yalnız ABŞ-da satın almaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL