Mobil operatorların illik xərcləri tezliklə onların gəlirlərini geridə qoyacaq
"Juniper Research" tədqiqat agentliyinin qiymətləndirməsinə görə, mobil rabitə operatorlarının şəbəkələrin qurulması, marketinq və başqa tədbirlərə illik xərcləri təxminən 800 milyard dollar təşkil edir. 2020-ci ilədək bəzi mobil şirkətlərin xərcləri onların gəlirlərini ötə bilər.
Analitiklər bildiriblər ki, operatorların gəlir artımı sıfıra yaxınlaşır, amma bu halda mobil trafikin çox istifadəsi ilə əlaqədar xərclər yüksəlir. Bu vəziyyət yaxın illərdə pisləşə bilər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər 12 beynəlxalq operatorun fəaliyyətini araşdıraraq aydınlaşdırıb ki, son üç ildə bu telekommunikasiya şirkətlərinin marjası orta hesabla 6,4% azalıb.
Ekspertlər bildiriblər ki, operatorlar zərərə baxmayaraq, mobil internetə tələbatın artdığı inkişaf etməkdə olan bazarlarda şəbəkələrin qurulmasına sərmayə yatırır. Gözləntilərə görə, Hindistan subkontinentində işləyən operatorların xərcləri yaxın üç ildə gəlirdən 45 milyard dollar çox olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL