waplog

Yaponiya istehsalçısı smartfonların çeşidini azaldacaq


Yaponiyanın “Sony” şirkəti ciddi itkilərlə üzləşir. Şirkətin bahalı məhsulları Çinin ucuz elektronikası ilə rəqabətdə dözümsüzlük nümayiş etdirir. Mənfəət əldə etmək üçün “Sony” müxtəlif televizor və smartfon modellərinin buraxılışından imtina etmək qərarına gəlib.
 
İstehsalçı əsas diqqəti “PlayStation” oyun konsolunun inkişafına və kameralar üçün sensor istehsalına yönəldir. Hazırda smartfon biznesi şirkətin əsas itki mənbələrindən biridir. “Sony” nümayəndələri bildiriblər ki, biznesi daha gəlirli etmək üçün mobil bazarda payın azalmasına hazırdırlar.
 
Şirkətin məhz hansı smartfon modellərinin istehsalını dayandırması hələ ki naməlumdur. “Sony” üçün əsas gəlir mənbələrindən biri “PlayStation” üçün kontentin rəqəmli distribusiyası, müxtəlif abunələrin və konsolların satışı olacağı gözlənilir.
 
Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreyanın “Samsung” şirkəti də bu vasitəyə əl atıb. Şirkət bəyan edib ki, 2015-ci ildə buraxılan smartfonların çeşidini 30 faiz azaldacaq, - “Vesti” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL