waplog

Hindistanda proqram təminatının hazırlanması sənayesi illik 12-14% sürətlə artacaq


Hazırda Hindistanda proqram təminatının hazırlanması sahəsində 3,2 milyon insan işləyir və hər il 200 min iş yeri yaranır.
 
"ICTnews" elektron xəbər xidməti “it-weekly.ru” saytına istinadən bildirir ki, Hindistanda bu sahə işləyənlərin sayına görə dövlət sektorunu geridə qoyub.
 
"Bizim əməkdaşlarımız Hindistan iqtisadiyyatını dəstəkləyir. Onlar ev  və maşın satın alır, səyahətə gedirlər" –  “Infosys” şirkətinin yaradıcısı cənab Merfi bildirib. Bundan başqa, o deyib ki, proqram təminatının hazırlanması dünyada ölkənin nüfuzuna müsbət təsir edir. Gözləntilərə görə, Hindistanda proqram təminatının hazırlanması həcmi yaxın beş ildə illik 12-14% sürətlə artacaq.
 
Hazırda Hindistanda tərtibatçının orta aylıq maaşı təxminən 475 dollar təşkil edir.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL