“Apple”ın mühafizəçiləri maaş və başqa imtiyazlarının artırılmasını tələb ediblər
“San Jose Mercury news” qəzeti yazır ki, “Apple” şirkətinin mühafizəçiləri maaş və başqa imtiyazlarının artırılmasını tələb ediblər.
Mühafizə xidməti əməkdaşları bildiriblər ki, saatda 19,77 dollar ödəniş daha Silikon vadisinin reallıqlarına cavab vermir. Bundan başqa, mühafizə işçiləri onlar üçün avtomobil dayanacaqları, ödənişsiz naharlar, həmçinin uşaqlarının xüsusi tədbirlərə getmək imkanının olmamasından şikayətləniblər.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Apple” korporasiyasında mühafizəçilər, süpürgəçilər, yeməkxana işçiləri, həmçinin sürücülər müqavilə sistemi ilə işləyir. Bu halda mühəndis və xidmət heyətinin maaşlarında böyük fərq var. Belə ki korporasiyada mühafizəçilərin illik gəliri orta hesabla 38 min dollar təşkil edir, bu halda texniki bölmələrin əməkdaşları orta hesabla ildə 350 min dollar qazanır.
Hüquq müdafiəçiləri korporasiyanın mühafizə xidməti adından “Apple”ın direktoru Tim Kuka vəziyyəti həll etmək və şirkətin hər bir əməkdaşını yaxşı iş şəraiti ilə təmin etmək tələbi ilə məktub yazıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL