"Əşyaların interneti" texnologiyaları istehsalçılarının satın almasına 9,4 milyard dollar xərclənib
İnternetə qoşulmuş qurğular bazarına külli miqdarda investisiya qoyulur. Bu haqda “Hampleton Partners” konsultasiya firmasına istinadən "Reuters" informasiya agentliyi məlumat paylaşıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətdirməsinə əsasən, son üç ildə "əşyaların interneti" (Internet of Things, IoT) sahəsini təmsil edən şirkətlərin satın alınmasına ümumilikdə 9,4 milyard dollar xərclənib. Bu məbləğin yarısından çoxu (5 milyard dollar) 2014-cü ilin ilk doqquz ayı ərzində imzalanmış sazişlərin payına düşüb.
Analitiklər tədqiqat işində sözügedən bazarda 100-dən çox M&A-müqaviləni araşdırıblar. “Google” IoT aktivlərinin satın alınmasında liderdir, ancaq “Cisco”, “Samsung”, “Vodafone” və “Verizon” kimi nəzərəçarpacaq dərəcədə aktivləşiblər. 2015-ci ildə bu siyahıda “Intel”, “AT&T”, “Johnson Controls”, “Texas Instruments” və “Juniper Networks” şirkətləri də yer alacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL