waplog

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin II plenumu keçirilib


 Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin II plenumu keçirilib. 

Təşkilatı məsələlər və müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqının rolu məsələləri plenumun əsas müzakirə mövzuları olub.

Tədbirdə çıxış edən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov insanların əməyinin mühafizəsi məsələsinin həm komitənin, həm də dövlətin həmişə diqqət mərkəzində olduğunu bildirib.

Qeyd edib ki, insanların təhlükəsizliyinin təmin edilməsi həmişə prioritet məsələ olub. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət göstərir. Ölkə qanunvericiliyində də bu məsələlər öz əksini tapır. Komitənin müfəttişləri bölgələrdə əmək fəaliyyətində texniki təhlükəsizliyin qorunması ilə bağlı yoxlamalar keçirir, yaranan problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Sədr diqqətə çatdırıb ki, əməyin mühafizəsində daha dayanıqlı nəticələrin əldə edilməsi məqsədilə gələn ildən bölgələrdə maarifləndirici seminarların keçirilməsi planlaşdırılır. Həmkarlar ittifaqının Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov rabitə müəssisələrində əmək müvəkkilləri və travmatizmi təhqiq edən komissiyaların yaradılması və fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, bu komissiya əmək fəaliyyəti zamanı baş verən hadisələrin səbəblərinin araşdırılması və düzgün qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Nəticədə hadisənin istehsalatda və ya məişət zəminində baş verdiyi müəyyənləşir və aktlaşdırılır.

Teleradio İstehsalat Birliyi birləşmiş həmkarlar komitəsinin sədri Əliverdi Əliyev tədbir iştirakçılarına bu qurumda əməyin mühafizəsi sahəsində görülən işlər haqqında geniş məlumat verib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi birləşmiş həmkarlar ittifaqının sədri İsrafil Bəkirov Birlikdə işçilərin sağlamlığının mühafizəsi, onların təhlükəsizliyinin təmin edilməsi və ümumi əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin vəziyyəti barədə məlumat verib. Vurğulayıb ki, müəssisələrdə işçilərin sağlamlığına xüsusi diqqət yetirilir, onlara tibbi sığortalar təyin edilir, zərərli ağır işlərdə çalışanların siyahısı tərtib edilərək müntəzəm müayinələrdən keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Abbasov bildirib ki, əməyin təhlükəsizliyi məsələləri həmişə diqqət mərkəzindədir və bu sahədə bir çox qanunvericilik sənədləri qəbul edilib. O, həmçinin qeyd edib ki, həmkarlar ittifaqı bu məsələyə müntəzəm nəzarət edir. Buna görə də son vaxtlar travmatizm, ölüm hadisələrinin baş verməsi halları müşahidə olunmur.Sonda Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov qərar layihəsini təqdim edib.

Layihə səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL