waplog

20 illik yubiley tədbirini qeyd edən “Bakutel” sərgisində nələr olacaq?



Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2014") Sərg -Konfransı öz işinə başlayacaq və 20 illik yubileyini qeyd edəcək.

Bu münasibətlə "JW Marriott Hotel Absheron" mehmanxanasında mətbuat konfransı keçirilib.

Mətbuat konfransında açılış nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, keçirildiyi illər ərzində sərgi hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib.
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin son illər ərzində "Bakutel" sərgisini ziyarət etməsi bu tədbirin yüksək statusunu bir daha sübut edir və ona daha da vüsət verir".
 
Nazir müavini qeyd edib ki, sərgiyə hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında, habelə ona yeni nəfəs verilməsində xüsusi rol oynayıb.

"Hər il sərgi və konfransa qatılan mötəbər qonaqlar sərginin rəsmi açılış mərasimində, sərgi çərçivəsində keçirilən konfrans və digər tədbirlərdə iştirak edirlər. 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılıb və yüz mindən çox ziyarətçi sərgidə iştirak edib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər".

E. Vəlizadə qeyd edib ki, sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına şərait yaratmaqla yanaşı, ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata keçirilməsinin göstəricilərindən biridir.

Nazir müavini sərginin bütün iş günləri ərzində  Bakı Ekspo Mərkəzinin üçüncü zalında bir sıra tədbirlərin də təşkil olunacağını diqqətə çatdırıb.

"Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən "Əşyaların interneti" adlı konfransda  internetin yeni inkişaf mərhələsi ilə bağlı  məsələlərə toxunulacaq.
 Məruzəçilərin arasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi  Hamadun Ture, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, "Intel" korporasiyasının vitse-prezidenti  Con Devis və başqaları var. Konfrans çərçivəsində həmçinin panel müzakirələr və çoxsaylı sessiyalar təşkil ediləcək. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP) və "Microsoft" şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfrans dünyada və ölkəmizdə elektron hökumətin formalaşdırılması üzrə fəaliyyət və inkişaf perspektivlərinə həsr olunub".
 
Daha sonra sərgi haqqında ətraflı təqdimatla çıxış edən "Bakutel" sərgisinin meneceri Rəna Abutalıbova bildirib ki, bu il yubiley sərgidə dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribütorları var. 

"Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu foyedə yerləşir. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi  üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub".
 
R.Abutalıbova qeyd edib ki, Bakıda keçirilən sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilk dəfə olaraq öz stendi ilə iştirak edir.

Sərgi meneceri onu da bildirib ki, Azərbaycan "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunmuş -  "Bakı-2015" adlı stend Avropa oyunlarına hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.

"Ümumi eksponentlərin 40%-ni təşkil edən daimi iştirakçılar, habelə sərginin debütantları isə kompleksin birinci zalında yerləşir. Qeyd etmək lazımdır ki, bu il yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq yerli bazara marağı xeyli artan xarici iştirakçılardır. "Schneider Electric", Finlandiyanın "Tecnotree" İB, İsveçrənin "Smartlink" şirkəti, Amerikanın "Corning Optical Communications GmbH & Co." və "Procera Networks" şirkətləri, Türkiyənin "Erat Telecom" və "Erstream" şirkətləri, Hindistanın "Sei Trading India" şirkəti, Latviyanın "BalticServers" şirkəti, Çinin "GW Delight Technology" və "Hytera Communications Corporation Limited" şirkətləri, eləcə də Yaponiyanın "Sumitomo Electric", Argentinanın "NVAP" və "ARSAT" şirkətləri sərgidə ilk dəfə olaraq ayrıca stendlə təmsil olunacaqlar. Onu da qeyd edək ki, Argentina bu sərgidə ilk dəfə iştirak edir".
 
R.Abutalıbova debütantlar arasında bu il rekord sayda təmsil olunan "startap"ların olduğunu vurğulayıb.

"Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "startap"lara fəal dəstək göstərilir və bu cür dəstək "Bakutel" sərgisinin də ənənələrindən biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və  dövlət strukturları ilə yanaşı iştirak etmək, eləcə də dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün unikal imkan yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə edib və onlar sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə danışacaqlar. Bütün "startap"lar Bakı Ekspo Mərkəzinin ikinci zalında Yüksək Texnologiyalar Parkının stendində yerləşəcəklər".

 
"ITE Group Plc"in icraçı direktoru Edvard Strun bildirib ki, "Bakutel" sərgisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi xüsusi ilə önəmlidir.

"Bizim bu Nazirliklə fəal əməkdaşlığımız uğurlu şəkildə davam edir. "Bakutel" sərgisi isə bizim şirkətlər qrupu tərəfindən keçirilən ən maraqlı və cəlbedici tədbirlərdən biridir. Hər il ziyarətçilərin sayında qeydə alınan artım onu göstərir ki,  sərgi uğurlu şəkildə təşkil olunur və insanlar İKT sahəsində həyata keçirilən yeniliklərlə tanış olmağa maraqlıdırlar". 


Bu il "Bakutel" sərgi-konfransına sponsorluq edən "Intel" şirkətinin vitse-prezidenti Con Devis isə, Azərbaycanın İKT sektrounda həyata keçirilən islahatlardan xəbərdar olduğunu və bu sahədəki uğurları yüksək qiymətləndirdiklərini qeyd edib.

""Intel" şirkəti olaraq region və dünya üçün əhəmiyyətli olan bu tədbirə dəstək verməkdən məmnunluq hiss keçiririk. Azərbaycanın İKT sektorunda həyata keçirdiyi siyasət və reallaşdırdığı layihələr dünya miqyasında xüsusi çəkiyə malikdir. Bu gün nazir cənab Əli Abbasovla görüşdə biz birgə əməkdaşlıq istiqamətlərini müzakirə etdik. İnanıram ki, bundan sonra da qarşılıqlı əməkdaşlıq sayəsində perspektivli işlərə imza atacağıq".


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL