waplog

Fransa və Almaniya iri internet şirkətlərinin inhisarçılığına qarşı mübarizəyə çağırır


İki ölkə hakimiyyəti Avropa antiinhisarçılıq qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrə başlamaq üçün Avropa Komissiyasına müraciət ünvanlayıb.
 
Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Fransa və Almaniya hökumətləri biznes aparmaqla bərabər, onlardan asılı olan naşirlər, əlavə tərtibatçıları və informasiya tədarükçülərinə təsir imkanına malik iri internet şirkətlərinin fəaliyyəti ilə bağlı problemləri həll etmək məqsədilə Avropa Komissiyasına müraciət edib.  
 
ABŞ texnoloji şirkətlərinə Avropa antiinhisar orqanları tərəfindən iradlar bildirilir. 2010-cu ildən Avropa Komissiyası "Google" sisteminin verdiyi axtarış nəticələrində reklam problemini öyrənir, eləcə də "Amazon" və "Apple" şirkətlərinin Avropa şöbələrinin vergi ödənişi qaydaları araşdırılır. Avropa Komissiyası nümayəndələrinin fikrincə, onların istifadə etdiyi güzəştli vergiqoyma qaydası şirkətlərə qeyri-qanuni yardım forması ola bilər, - "Computerworld" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL