“Bakcell” şirkəti “Mobil kommunikasiyalara giriş” mövzusunda jurnalistlər üçün treninq keçirib
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti Qusarda "Mobil kommunikasiyalara giriş" mövzusunda jurnalistlər üçün treninq keçirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində "Bakcell" şirkətinin mütəxəssisləri "Abunəçilərin bizdən gözlədikləri", "Mobil telekommunikasiyalar bu gün və sabah", "Əlavə dəyər xidmətləri", "İnternetdə təhlükəsizlik və şəxsi məlumatları qorumaq üçün tövsiyələr", "Mobil tətbiqetmələr. Mobil startaplara dəstək" mövzularında maraqlı məruzələr treninq iştirakçılarına təqdim edilib.
"Bakcell" şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova çıxışında bildirib ki, treninqin keçirilməsində əsas məqsəd İKT sahəsini işıqlandıran jurnalistlərin bu sahənin texniki incəlikləri haqda daha məlumatlı olmasını təmin etməkdir.
"Biz bir mobil operatoru kimi yeni bir xidmət və ya texnologiya tətbiq etdikdə onun düzgün şəkildə təqdim edilməsində maraqlıyıq. Bunu təmin etmək üçün biz gələcəkdə də bu cür maarifləndirici treninqlərin keçirilməsini planlaşdırırıq ki, bu sahə haqda yazan jurnalistlərə birbaşa texniki mütəxəssislərlə tanış olaraq onlara öz suallarını verməyə imkan yaradaq", - deyə o qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL